!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qətl törədən, polisə düşən, cərimələnən MƏŞHURLAR - Pələngin qəzəbinə kimlər düçar oldu? - SİYAHI

!Reklam – Yazi

Yırtıcı pələngin yerə-göyə sığmayan qəzəbi sənət adamlarından da yan keçmədi. Kimisi qətl törədib dəmir barmaqlıqlar arasına düşdü, kimisi hücuma, kimisi də böhtana məruz qalaraq polisdən imdad dilədi. Cərimələnənlər də az olmadı…

Yenicag.az Pələng ilində başına iş gələn məşhurların siyahısını təqdim edir:

Müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etməsi müğənni Manaf Ağayevə baha başa gəldi. Məhkəmənin qərarı ilə sənətçi 15 sutka həbs olundu.

Tanınmış aktrisa Raksana İmir yaşadığı binanın həyətində maşının yerini dəyişmək istəyərkən tanımadığı bir xanım tərəfindən hücuma məruz qaldı. İşə polis müdaxilə etməli oldu.

Tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanladı. Polis inspektoru tərəifndən qanunsuz olaraq maşınının saxlanıldığını bildirən Humay içkili olmadığı halda, ona böhtan atıldığını bildirdi. Polis bu məsələni nəzarətə götürdü.

Tanınmış prodüser Təranə Səmədova Abşeron rayon ərazisində şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə etdiyi zaman polis müdaxiləsinə tuş gəldi. Prodüser polisə müqavimət etdiyinə görə Abşeron Rayon Məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə ödəməli oldu.

Xalq artisti Könül Xasıyevanın qəzəbinə məruz qalan tanınmış aparıcı Zaur Kamal polisə çağırıldı. Müğənninin ərizəsi əsasında Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başladı və Z.Kamal dindirildi.

Səbəbə gəlincə, aparıcının efirdə K.Xasıyevanın vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirdiyini və bu səbəbdən valideynlərinin ayrıldığı barədə sual ünvanlamışdı. Bu da Könülə xoş gəlməmişdi.

Müğənni Vaqif Şıxəliyevə qarşı dələduzluq edildi. Müğənni özünün “facebook” səhifəsində məlumat paylaşaraq bir şəxsin onun adından dostlarından pul yığdığını elan etdi. Sənətçi bununla bağlı bununla bağlı polisə müraciət etdi.

Pələng linin qəzəbinə tuş gələnlərdən biri də müğənni Hiss oldu. Sənətçinin avtomobili iki dəfə cərimə meydançasına apardı.

Əməkdar artist Elza Seyidcahanın da yüksək məbləğdə cəriməsi olduğundan avtomobili əlindən alındı.

İlin ən səs-küylü hadisəsi isə tanınmış meyxanaçı Rəşad Dağlının həbs olunması xəbəri oldu. Qaradağ rayonu Lökbatan qəsəbəsində mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürən meyxanaçı dəmir barmaqlıqlar arasına düşdü.

Cəvahir

www.yenicag.az

3438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv