Qətlə yetirilən müğənninin qaynı DANIŞDI: “Qardaşım çox qısqanc adam idi, deyirdi ki…”

Bacısı Şəlalə Nəriman dünən həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilən müğənni Yaqut Nərimanın ölüm səbəbindən danışıb.

O bildirib ki, Yaqutdan narkotik maddə almaq üçün pul istəyən əri imtina cavabından sonra onu qətlə yetirib.

Yenicag.az xəbər verir ki, “Günə son” verilişinə çıxan mərhum müğənninin qaynı Rasim isə qarşı tərəfin dediklərini təkzib edib:

“Mümkün deyil. O adam adicə siqaretdən uzaq adam olub. Rayondakı qardaşım xəbəri mənə dedi. Əvvəllər münasibətləri yaxşı idi, amma son zamanlar yola getmirdilər.

Qardaşım qısqanc adamdır, deyirdi ki, o şənliyə getmə, bu toya getmə… O da sözünə baxmırdı. Yəqin buna görə olub. Qardaşım dükanda işləyirdi, qazancı yaxşı olub”.

Nehru

COP29