Qətlə yetirilən şəxsin meyiti yol kənarından tapıldı – Gədəbəydə – Yenicag.Az

Reklam

Reklam

Gədəbəy rayonunda meyit tapılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, rayonun Günəş kəndi ərazisindən keçən yolun kənarında Daşkəsən rayon sakini Bədəlov Emin Kamal oğlunun meyti aşkar edilib.

Aparılan ilkin araşdırmalar nəticəsində həmin şəxsin qətlə yetirildiyi məlum olub.

Daşkəsən rayonunda qeydiyyatda olan və Əttəpə kəndi ərazisində yaşayan Bədəlov Emin Kamal oğlu bir müddət əvvəl axşam saatlarında, naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdən bayıra çağırılıb və məlum olmayan istiqamətdə aparılıb.

Həyat yoldaşının sözlərinə görə, o, ərindən bir xəbər olmadığını görüb, polisə məlumat verib. Faktla bağlı aparılan axtarışlar nəticəsində bu gün Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Çaylax adlı ərazidə, çayın içində onun meyiti tapılıb. Üzərində zorakılıq əlamətləri olan meyit tibbi ekspertizaya aparılıb.

E.Bədəlovun 2 uşaq atası olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisənin kim və ya kimlər tərəfindən, hansı şaraitdə törədildiyi araşdırılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 730
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."