!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qeybət, intriqa, sponsor axtarışı: TV-lər sosial şəbəkələrə niyə uduzur? - Kamran Həsənli cavablayır

!Reklam – Yazi

“Televiziyalarımız sosial şəbəkələrə uduzur, bunun da səbəbləri var. Çünki televiziyalarımız elə bil başqa planetdə yaşayır”.

Bunu tanınmış televiziyaçı Kamran Həsənli Yenicag.az-ın “televiziyalarımız niyə sosial şəbəkələrə uduzur?” sualını cavablandırarkən deyib.

Həsənli TV-lərlə cəmiyyət arasında ünsiyyət olmadığını və bir çox problemlərin də bundan qaynaqlandığını bildirib:

“Televiziya ilə cəmiyyət arasında ünsiyyət yoxdur deyə bir topa qeyri-peşəkar insan yığışıb gecə dairələrində olan əhval-ruhiyyəni efirə gətirir. Sanki başqa plantetdə yaşayırlar, cəmiyyətin nəbzini tuta bilmirlər. Buna görə də televiziyaya heç kim baxmır. Baxanların da çoxu yaşlı insanlardır. O adamlar ki, televiziyada işləyir, dünyada və Azərbaycanda gedən proseslərin episentrində olmaq onları nə maraqlandırır, nə də onu anlayırlar. Efirdə işlərini başa vurandan sonra qeybətlə məşğul olurlar, intriqalar yaradırlar, fikirləşirlər, haradan pul çıxarmaq olar və sair. Hamısı varlı sponsor axtarışındadırlar. Bu da camaata maraqsızdır.

Sosial şəbəkəyə gəlincə, əvvəla, bu, interaktiv televiziyadır. Tamaşaçı ilə üzbəüzsən, izləyici dərhal rəy bildirərək səninlə üsiyyətə girir. Bu, tamamilə başqa meydan və başqa bir düşüncədir. Həyatda baş verənlərə, dünyada gedən proseslərə azad şəkildə fikirlərini bildirə bilirsən. Sosial şəbəkələrdəki televiziyalarda nə böyük dekorasiyalar var, nə musiqi, nə gur işıqlar. Amma baxışı ənənəvi televiziyadan dəfələrlə, bəlkə də, yüz dəfələrlə çoxdur. Səbəbi də məhz dediyimdir”.

Cəvahir

www.yenicag.az

822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv