Fevralın 7-ə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, onların 400-ə yaxını beynəlxalq müşahidəçilərdir.
“Artıq veb-kameraların sınağına başlamışıq. Hesab edirəm ki, səsvermə gününədək bu prosesi tam başa çatdıracağıq”.