Qeydiyyatdan keçənlər yalnız işə gedib-gələ bilər

“Fəaliyyətinə icazə verilən dövlət və özəl təşkilatlar öz əməkdaşları barədə məlumatı icaze.e-gov.az-a daxil edəcək. Bu, yalnız işə gəlmək və getmək üçündür”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışı zamanı bildirib.

Ülvi Mehdiyevə görə, icazə.e-gov.az saytından qeydiyyatdan keçən şəxslərə yalnız iş üçün icazə nəzərdə tutulub. Digər hallarda isə vətəndaşlar SMS icazədən istifadə etməlidir:

“Sabahdan Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iki həftəlik xüsusi karantin rejimi tətbiq olunacaq. Vətəndaşlar yaşayış yerin zəruri ehtiyaclar üçün SMS xidmətinə müvafiq kodları yazaraq yaşayış yerini tərk edə bilərlər. Zəruri ehtiyaclar üçün insanlar SMS-lə 2 saat müddətində yaşayış yerini tərk edə biləcəklər. Tibb müəssisəsinə getməklə bağlı icazə 2 saat müddətinə veriləcək. Müalicə 2 saatı keçərsə, tibb müəssisəsindən arayış əsasında evə qayıda biləcəklər”.

Gülşən Şərif

COP29