Qeyri-adi avtobus-Fotolar

309592Sərnişindaşımada və ümumiyyətlə, ictimai nəqliyyatda maraqlı innovasiya gerçəkləşdirilir.
Britaniyanın Bristol şəhərində “The Bio-Bus” adlı sərnişin avtobusu hazırlanıb.

Bat-Bristol marşrutu ilə sərnişin daşıyan avtobus benzin, dizel yanacağı və ya metan qazı ilə yox, bioloji qazla işləyir.
Daha doğrusu, avtobus kanalizasiya suları və məişət tullantılarından yaranan qazla çalışır.

Avtobusun yanacaq çəninin tam doldurulması üçün bir insanın 1 il boyunca ayaqyolu “məsrəf”ləri yetər.
40 yerlik “Bio-Bus”ın çəni bir dəfə doldurulandan sonra avtobus 305 km məsafəni qət edə bilir.

Ayda 10 min sərnişinin daşınması üçün nəzərdə tutulan avtobus biometan qazı ilə işlədiyindən ekoloji cəhətdən təmizdir və ətraf mühiti zəhərləmir.
Şərqi İngiltərə Universitetinin alimlərinin layihəsi əsasında hazırlanmış avtobus fəaliyyəti üçün gərəkli qazla “GENeco” şirkətinin “Wessex Water” zavodunda təmin olunur.

Sözügedən qaz isə kanalizasiya sularından alınır.