Qeyri-adi cinayət: Çiyələklərin içinə iynə qoyan qadın həbs edildi – FOTO

Çiyələk təsərrüfatının qadın əməkdaşı qisas almaq məqsədi ilə ağlasığmaz cinayətə əl atıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Avstraliyanın Brisben şəhəri ətrafındakı çiyələk təsərrüfatında işləyən 50 yaşlı vyetnamlı qadın May Ut Trinx satışa göndərilən çiyələklərin içinə iynə yerləşdirmək ittihamı ilə həbs olunub.

Satışdakı çiyələklərin içindən iynə çıxması səbəbindən yaranan qalmaqaldan sonra aparılan təhqiqat nəticəsində cinayətkarın şəxsiyyəti müəyyən edilib. Çiyələkdən çıxan iynənin analizi zamanı metaldan May Ut Trinxin DNK-sı tapılıb.

Qadın ələ keçdikdən sonra verdiyi ifadədə bu hərəkəti təsərrüfat rəhbərindən qisas almaq məqsədi ilə etdiyini bildirib.

Trinxin girov qarşılığında azadlığa buraxılması məsələsinə onun təsərrüfat rəhbərinə qarşı ittihamlarının araşdırılmasından sonra baxılacaq. Ona qarşı irəli sürülən ittiham isə 15 ilə qədər azadlıqdan məhrum edilmə cəzasını nəzərdə tutur.