Türkiyə, Sultanqazi qurban bazarında “Ən gözəl qurban” yarışması keçirilib.
Yenicag.az xəbər verir ki, yarışma üçün İstanbula müxtəlif regionlardan qurbanlıq heyvanlar gətirilib.
Heyvanlar bəzədilərək 7 nəfərlik münsiflər heyətinin qarşısına çıxarılıb.
Münsiflər heyvanları çəkisinə, yaşına, xüsusiyyətlərinə, bədən quruluşuna, təmizliyinə görə qiymətləndirib.
Müsabiqə nəticəsində müəyyənləşən ilk 3 qurban mükafatlandırılıb
Yarış çərçivəsində Çankırıdan 1 ton 30 kiloqram çəki ilə “Ilqaz” adlı qurban birinci, Tokatdan 1 ton 40 kiloqram çəki ilə “Yaraşıqlı” adlı qurbanlıq ikinci, Ordudan “Rəis” adlı 1 ton 5 kq ağırlığında olan qurbanlıq isə üçüncü yeri tutub.
Mükafat olaraq birinciyə tam, ikinciyə yarım, üçüncüyə isə üçdə bir qızıl verilib.