Qeyri-adi yuva-Fotolar

87b890f5ac55eweCəlilabad rayonunda ağacda qeyri-adi quş yuvası aşkarlanıb.

Yuvanı maraqlı edən onun uşaq ayaqqabısı formasında olmasıdır.

Yundan və pambıqdan düzəldilmiş yuva son dərəcə dəqiqliklə hazırlandığından onu hissələrə parçalamaq mümkün deyil.

Yuvanı aşkar edən Əfqan Məlikov deyir ki, yaz mövsümündə bülbülün onun içində bala çıxarması və onları necə bəsləməsini də diqqətlə müşahidə edib. Yuvanın uşaq başmağı formasında olması heç də təsadüfi deyil. Hər dəfə balaları üçün yem dalınca gedən Arıquşu yuvanın boğaz nahiyəsini dimdiyi ilə bağlayıb ki, digər quşlar körpə balalara xətər yetirməsin.

Başa çatmaqda olan ildə həmin bülbül bu yuvada bir neçə bala çıxarıb.

Mütəxəssislərin fikrincə, bir çox quşlar tərəfindən müdafiə xarakterli yuvaların hazırlanması onlara xas olan instinktiv əlamət hesab olunur. Bu zaman yun və pambıq materialının seçilməsi isə qapalı mühitdə yaşayan quş balalarının normal nəfəs almasını təmin edir.