!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-formal məşğulluğa qarşı mübarizə: Əli Əhmədov ilginc rəqəmlər açıqladı – FOTOLAR

!Reklam – Yazi

“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icra vəziyyəti müzakirə olunub.

Bu gün Bakı Biznes Mərkəzində (BMM) Azərbaycan Respublikası prezidentinin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasına dair müşavirə keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov açıb.

O, çıxışında paytaxt Bakıda və regionlarda qeyri-formal məşğulluqla mübarizə sahəsində yerli komitələr tərəfindən görülmüş işlər barəsində ətraflı məlumat verib. Baş nazirin müavini qeyd edib ki, sahibkarlar da daxil olmaqla, qanuni əsaslarla formal əməklə məşğul olan əhalinin sayı 1 milyon 721 min 976 nəfər təşkil edir.

Əli Əhmədov kənd təsərrüfatı sahəsində çalışanların buraya daxil edilmədiyini diqqətə çatdırıb: “Bunların 1 milyon 503 min nəfəri muzdlu işçidir, qalanları isə sahibkarlıqla məşğul olur. Onların 1 milyon 36 min 484 nəfəri Bakı şəhərində əmək fəaliyyəti ilə məşğuldur. Ölkə üzrə formal məşğulluq bütövlükdə məşğul əhalinin 57,3 faizini əhatə edir. Bu rəqəm o qədər də böyük göstərici deyil. Məqsədimiz bu göstəricini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır. Bakı üzrə isə formal məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti ürəkaçandır. Bakıda formal, yəni rəsmi şəkildə məşğul işçilər bütövlükdə məşğul əhalinin 93,8 faizini təşkil edir”.

Müşavirədə daha sonra Komissiya Katibliyinin rəhbəri Elnur Süleymanov, Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və Daxili işlər nazirinin birinci müavini İsmət Əliyev də çıxış edib.

Onlar da görülən işlər və bu sahədə atılan addımlar haqqında iştirakçıları məlumatlandırıb. Sonda müşavirəni yekunlaşdıran Əli Əhmədov bir sıra bölgələrdə yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətini yüksək qiymətləndirib.

Firuz Asanov

www.yenicag.az

1312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv