!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-OPEC ölkələrindən yalnız 5-i neft hasilatını azaltmağı müzakirə etməyə razıdır

!Reklam – Yazi

neftNeft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan 14 ölkədən yalnız 5-i Vyanada neft hasilatının həcminin azaldılmasını müzakirə etməyə razıdır.

Yenicag.az AZƏRTAC-a istinadla xəbər verir ki, Vyana görüşündə iştirak edəcək 14 qeyri-OPEC ölkəsindən təkcə Azərbaycan, Rusiya, Oman, Qazaxıstan və Meksika neft istehsalını aşağı salmağa razılıq verib.

Həmçinin bildirilir ki, qeyri-OPEC ölkələri gündəlik neft hasilatının həcmini nəzərdə tutulan 600 min barrel yox, 500 min barrelədək azaltmağa razılıq verəcəklər.

Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC üzvü ölkələr ilə kartelə üzv olmayan ölkələr arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Xatırladaq ki, ötən ay OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.

Yenicag.az

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv