!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-qanuni KOMMUNAL ÖDƏNİŞLƏR: Pullar kimlərin cibinə gedir? – İqtisadçı

!Reklam – Yazi

“Vətəndaş binanın komendatına yalnız bir halda kommunal xərclərə görə ödəniş etməlidir… Əks halda, bu, qanuna ziddir və hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər”.

Bu fikri kommunal ödənişlərlə bağlı vətəndaşları məlumatlandırarkən iqtisadçı ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Kommunal ödənişlərin yığılması mexanizminin düzgün qurulmadığını deyən ekspert bunun nəticəsi olaraq vətəndaşların aldadıldığını bildirib:

“Azərbaycanın Mənzil Məcəlləsinə görə çoxmənzilli bina onun mənzil mülkiyyətçilərinə, hər bir mənzil də o evə çıxarışı olan şəxsə məxsusdur. Amma binanın damı, çardağı, liftləri, blokları, avtodayancaqları, şaxtası və s. ümumi mülkiyyət sayılır və bütün bina sakinlərinə aiddir. Liftin işləməsi, zibillərin yığışdırılması, daşınması, təmizlik və sair işlər həyata keçirmək səlahiyyəti binanın ümumi yığıncağına məxsusdur. Ümumi yığıncaq da mənzilin idarəetmə üsulunu seçməlidir. Üç üsuldan biri seçilməlidir: ya idarəçilik ümumi yığıncağın səlahiyyətində olur, ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti adlı hüquqi şəxs təsis edilir, ya da binanı hansısa idarəedici quruma həvalə edirlər. Hər bir halda qərar ümumi yığıncaq tərəfindən verilir. Hər ay hər mənzildən nə qədər ödəniş yığılmalıdır, bu, artıq yığıncaq tərəfindən müəyyənləşdirilməlidir”.

Ekspert hesab edir ki, vətəndaş binanın komendatına yalnız bir halda pul verə bilər:

“Ödənilən məbləğ bina sakinlərinin ümumi yığıncağının qərarı ilə müəyyənləşdirilmiş olmalıdır. Və bütün sakinlərlə də bununla bağlı müqavilə bağlanılmalıdır. Əgər sakinlərin ümumi yığıncağının qərarı yoxdursa, bu halda, sakinlərdən pul yığıla bilməz, buna görə heç kimə o səlahiyyət verilməyib”.

Cəvahir

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv