Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Müşahidə olunan yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

COP29