Qeyri-yaşayış binalarının Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi mexanizmi müəyyən ediləcək

Müayinə edilən və barəsində məlumatlar uçota alınmaq üçün təqdim olunan qeyri-yaşayış binalarının Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi mexanizmi müəyyən ediləcək.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti müayinə edilən və barəsində məlumatlar uçota alınmaq üçün təqdim olunan qeyri-yaşayış binalarının Tikintilərin Dövlət reyestrinə daxil edilməsi mexanizminin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təkmilləşdirilməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etməli və bu Fərmana uyğun olaraq tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etməlidir.

COP29