Qəza baş verdi: Yolda sıxlıq yarandı

Bakının Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, “Koroğlu” metro-stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən də qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.