QƏZA – İstanbulda uçuşlar ləğv edildi – VİDEO

İstanbulun Sahiba Gökçen hava limanında sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

Yenicag.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, insidentlə əlaqədar hava limanı müvəqqəti bağlanıb. Hadisə yerinə mütəxəssislər cəlb olunub.

“Türk Hava Yolları”nın müdiri Bilal Ekşi saat 15:00-a qədər hava limanından bütün uçuşların ləğv edildiyini açıqlayıb.

Faktla bağlı araşdırmalar aparılır.