Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Qəza keçirdiyi deyilən əməkdar artist: “Hamı zəng edib ağlayır”

Əməkdar artist, tanınmış aktrisa Suğra Bağırzadənin avtomabil qəzasına düşüb, ayağını sındırması ilə bağlı xəbərlər yayılıb.
Aktrisanın buna görə dəvət aldığı “Dağıntılar altında” serialında rol ala bilməyəcəyi deyilir.
Bu barədə Yenicag.az-a açıqlama verən aktrisa qəza keçirmədiyini bildirib: “Yazıblar ki, guya avtomobil qəzasına düşmüşəm, ayağım sınıb. Yalandır. Evdə yıxılmışam, ayağım əzilib. İki həftə işə çıxdım, sonradan ayağımın ağrıdığını gördüm. Həkimə getdim, MRT etdilər. Bəlli oldu ki, zədələnib. Qaldı ki, serialda çəkilə bilməyəcəyimə, yalan sözdür. Mən həmin seriala çəkilib qurtarmışam”. Aktrisa insanların ona görə təşviş keçirdiyini də deyib: “Hamı zəng edib ağlayır ki, nə olub? Hər kəs həyəcan içindədir. Onlara demək istəyirəm ki, yaxşıyam”.
Cəvahir

 

www.yenicag.az

2745
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM