Qəza nəticəsində aşan yük maşını 2 gün yol kənarında qaldı

Biləsuvar rayonunda qəzaya düşən yük avtomobili iki gündür aşmış vəziyyətdə yolun kənarında qalıb.

Yenicag.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Belarus vətəndaşının idarəetdiyi “DAF” markalı yük avtomobili mayın 10-da hərəkətdə olan zaman qəzaya düşərək yolun kənarına aşıb.

İki gündür yüklə dolu avtomobili hadisə yerindən götürmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.