Qəza tıxaca səbəb oldu – Heydər Əliyev prospektində

Bakının Heydər Əliyev prospektində, şəhər istiqamətində (Bağırov körpüsünün altında) yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az saytına bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Bu səbəbdən hazırda həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”, – deyə məlumatda vurğulanıb.