!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qəza zamanı hökumətin “B” planı işə salındı” - Pənah Hüseyn

!Reklam – Yazi

“Mən bu hadisədə insan faktorunun nə qədər həlledici olmasına dair qəti rəy söyləyə bilmərəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bu gecə Mingəçevir İES-də baş verən qəzaya münasibət bildirən Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseyn deyib.

Pənah Hüseynin fikrincə, hökumət qəza zamanı mümkün ehtiyat variantları işə salıb:

“Hökumətin və konkret olaraq, müvafiq dövlət strukturlarının hər bir hadisəyə uyğun tədbirlər planı olur. Mənə belə gəlir ki, bu hadisə də istisna deyil və bu gecə də qeyd etdiyim tədbirlərin bir qismi həyata keçirilib.

Əslində, bu qəza çox ciddi texnogen hadisədir və bir sıra mühüm məqamların ciddi şəkildə nəzərə alınmasını zəruri edir. Bu hadisə zamanı hökumətin “B” variantı işə salındı və Şirvan, o cümlədən Səngəçal xətlərini qoşdular.
Eyni zamanda, deyəsən, Rusiyadan elektrik enerjisi alınması barədə söhbət oldu, buna cəhd edildi. Bildiyiniz kimi, Azərbaycanın İran və Rusiya ilə birgə elektrik şəbəkələri var.

Mən bu hadisədə insan faktorunun nə qədər həlledici olması və subyektiv səbəblərin təsiri barəsində qəti fikir söyləyə bilmərəm. Yəqin ki qəzanın səbəblərinə tam aydınlıq gətiriləcək”.

A.Zeynalov

www.yenicag.az

2218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv