“Qəzadan sonra xəstəxanaya 10 nəfər daxil olmuşdu. Onlardan 7 nəfəri kişi, 3-ü qadın idi. Bir nəfər Bakıya köçürüldü. Qalan 9 nəfərdən 1-nin ayaqları avtobusda kəsilmişdi. Bir ayağı avtobusda qalmışdı, digər ayağı da sallanmış vəziyyətdə idi. Həmin şəxs dünyasını dəyişdi”.
Baş həkim bildirib ki, xəstələrdən 2 nəfərin ayaqları amputasiya olunub: “Hazırda xəstəxanada 8 nəfər müalicə alır. Onlardan 6 nəfərin vəziyyəti ağır, 2-sinin vəziyyəti orta ağırdır. Südabə Rüstəmovanın vəziyyəti daha kritikdir. Onun bir ayağı amputasiya olunub, digər ayağı açıq sınıqdır. Qalanları sınıq və kəllə-beyin travmaları ilə müalicələrini davam etdirirlər”.
Dünən səhər ölkə əhalisi Bakı-Sumqayıt yolunda mikroavtobusun dəmir arakəsməyə çırpılması səbəbindən 3 nəfərin ölməsi, 10 nəfərin ağır yaralanması ilə nəticələnmiş qəzanın şokunu yaşadı(modern).