Qəzada həlak olan tələbə evin tək oğlu imiş – Foto

Bugünkü qəzada dünyasını dəyişən tələbə Rəşad Caniyev evin tək oğlu olub.

Yeniçağ.Az xəbər verir ki, tələbənin atasının iş yoldaşının İstiPress-ə verdiyi məlumata görə, onun bir bacısı var.

Atası Füzuli Caniyev ötən ilin aprel ayında vəfat edib. F.Caniyev uzun müddət Suraxanı rayonunda neft buruqlarında çalışıb.

Xatırladaq ki, martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yeniçağ.Az