Qəzada öldüyü deyilən polisin sağ olduğu üzə çıxdı

Bu gün Füzulidə baş verən qəzada həlak olduğu bildirilən polis əməkdaşı Həsənov Elşən Mehman oğlunun sağ olduğu müəyyənləşib.

Bu barədə Yenicag.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.