Ölən tələbələrin sayı 5-ə çatdı – Adlar ( Yenilənib) – Yenicag.Az

Reklam

Reklam

Qəza zamanı dünyasını dəyişən tələbələrin adları məlum olub.

SDU-nun mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova bildirib ki, Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı yaralanan tələbələr Sumqayıt Şəhər Xəstəxanasına və Bakıda yerləşən 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin 4-ü də tələbədir.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyevin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət almış daha bir neçə yaralı xəstəxanaya daxil olub.

***

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib. Qeyd edək ki, ölənlərin hamısı tələbədir.

Onların dördünün adı məlum olub. Belə ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim, 1999-cu il təvəllüdlü Canıyev Rəşad və 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.

Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır.

Yeniçağ.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 154
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."