Qəzada ölənlərin sayı 7 nəfərə çatdı – LƏNKƏRANDA

Martın 31-də Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən 7 yaşlı Aslanov Ülvi Faiq oğlu bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır. Onların hamısı Lənkəranın Ləj kəndinin sakinləridir.

Xatırladaq ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Ölənlərin hamısı “Mitsubishi”də olanlardır. Ölən və yaralananaların tam siyahısı belədir:

Ölənlər:

1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu

1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu

1976-cı il Aslanov Faiq Tofiq oğlu

Xanımgül Aslanova

Mərziyyə Aslanova

Vəsmə Aslanova

Aslanov Ülvi Faiq oğlu (7 yaş)

Yaralı:

“Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.

COP29