Qəzada xəsarət alan bələdiyyə sədri VƏFAT ETDİ

Dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb.

Yenicag.az xəbər verir ki, “Tofaş” markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.

Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.

Faktla bağlı araşdırma aparılır.