Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Kərimov Nurlan Əflatun oğlu NZS qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı koma vəziyyətinə düşüb. O, “təcili yardım” maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxananın Reanimasiya şöbəsindən verilən məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.