Qəzalar can almağa davam edir: Həftəsonu ölənlərin sayı açıqlandı

Avqustun 6-da və 7-də ölkə ərazisində avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə 7 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.