Qəzalar can almağa davam edir: Həftəsonu statistikası AÇIQLANDI

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, mayın 14-15-də avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 6 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.