Qəzaya düşən aktyordan açıqlama: “İkinci baharımı…”

Qəzaya düşən tanınmış aktyor səhhəti barədə açıqlama verib.

Yenicag.az xəbər verir ki, Türkiyənin məşhur aktyoru Sərgən Dəvəçi qastrol səfərində Amasya şəhərində qəzaya düşüb.

Mediada yayılmış səhhətinin ağır olduğu ilə bağlı xəbərlərə sosial media hesabından münasibət bildirən aktyor izləyicilərinin sevgisindən mütəəssir olduğunu söyləyib:

“İkinci baharımın geri qalan hissəsində sizin bu sevginizə layiq olmağa çalışacam”.

COP29