Qəzaya uğrayan helikopterin bütün sərnişinləri ölüb – Yenilənib

Yanvarın 24-də Apennin yarımadasında qəzaya uğrayan helikopterin bütün sərnişinləri həyatını itirib.

AzVision.az TASS-a istinadla xəbər verir ki, xilasedicilər İtaliyanın mərkəzində qəzaya uğrayan helikopterin yerini müəyyən edə bilib.

Onların məlumatına əsasən, helikopterin göyərtəsində 6 nəfər – iki pilot, həkim, feldşer və iki xilasedici olub. Qəza çətin keçilən ərazidə baş verdiyi üçün xilasedicilər hadisə yerinə piyada getməli olublar.

Xilasetmə xidmətinin rəhbərliyi helikopterin qar uçqunu altında qalan “Rigopiano di Farindola” otelindəki axtarış əməliyyatlarında iştirak etmədiyini, dağ yolunda xəsarət alan insanlara yardım üçün gəldiyini bildirib.

***

İtaliyada xilasedicilərin olduğu helikopter Abrutso bölgəsində qəzaya uğrayıb.

AzVision.az “Il Messaggero” ya istinadən xəbər verir ki, helikopter qar yağması nəticəsində zərərçəkənlərə yardım göstərilməsi üzrə əməliyyatlarda iştirak edirmiş.

Ehtimal edilir ki, helikopter 500 metr hündürlükdən yerə düşüb. Helikopterin göyərtəsində altı nəfər olub.

Yenicag.az