Qəzaya uğrayan hərbi helikopter atəşə tutuldu – 5 ölü

Əfqanıstanın qərbindəki Fərəh əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Yenicag.az xarici mtbuata istinadən xəbər verir kii, hadisə nəticəsində helikopterin pilotu ilə yanaşı, daha 4 hərbçi həlak olub.

Qeyd olunur ki, texniki nasazlıq səbəbi ilə helikopter bölgədə təcili eniş etməli olub. Eniş zamanı isə helikopter “Taliban” silahlıları tərəfindən atəşə tutulub.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Əfqanıstanın Müdafiə Nazirliyi baş vermiş hadisəyə hələlik münasibət bildirməyib.