Qəzaya uğrayan hərbi pilotumuzun şəxsiyyəti bilindi – Təcrübəli polkovnik-leytenant – FOTO

Ötən gün qəzaya uğrayan MiQ-29 hərbi təyyarəsinin pilotunun kimliyi müəyyən edilib. 

Yenicag.az-ın əldə etdiyi məlumata görə, dünən axşam saat 22:00-da qəzaya uğrayan MiQ-29 hərbi təyyarəni idarə edən pilot polkovnik-leytenant Rəşad Atakişiyev olub.

Qeyd edək ki, İyulun 24-də saat 22-00-da plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

 

Səxavət Məmməd