!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qəzaya uğrayan “MiQ-29”-un hələ də tapılmaması çox müəmmalıdır” – Hərbi ekspert

!Reklam – Yazi

“Hava hücumundan müdafiə sistemlərinin qəzaya uğramış “MiQ-29”-u gözdən qaçırmaları mümkün deyildi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin hələ də tapılmamasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin axtarışına Türkiyədən mütəxəssislərin dəvət edilməsində ictimaiyyətin mövqeyi mühüm rol oynayıb: “Azərbaycanın Türkiyə ilə münasibətləri bu məsələdə qardaş ölkənin yardımından faydalanmaq imkanı yaratdı. Düşünürəm ki, Türkiyə NATO üzvü olaraq, bu kimi hallarla bağlı böyük təcrübəyə malikdir. O baxımdan, “MiQ-29”-un axtarışına Türkiyədən mütəxəssislərin dəvət olunması doğru addımdır”.

Bununla belə, ekspert hərbi təyyarənin indiyə kimi tapılmamasının ortaya xeyli suallar çıxardığı qənaətindədir: “Əslində qəzaya uğrayan hərbi təyyarənin tapılmaması qeyri-mümkündür. Təyyarələrdə İLS, naviqasiya sistemi, GPRS var. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri də bütün uçuş aparatlarını müntəzəm izləyir. Yəni, həmin sistemlərin qəzaya uğramış “MiQ-29”-u gözdən qaçırmaları mümkün deyildi. Bu sadalananları nəzərə aldıqda, hərbi təyyarənin və onun qəzaya uğradığı ərazinin hələ də təsbit edilməməsi çox müəmmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

2189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv