Qəzaya uğrayan Rusiya təyyarəsinin “qara qutu”su tapıldı

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76-nın “qara qutu”sunu tapmaq mümkün olub.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Normal vəziyyətdə olan qutu oxunacaq.

Bundan sonra qəzanın səbəbləri və baş verdiyi şərait aşkar olunacaq.