Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır – YENİLƏNDİ/VİDEO/FOTO

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində Zaqataladan səkkiz nəfər olub.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, onlardan altısı həlak olub, ikisi yaralanıb.

Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.

Həlak olanlar:

Carayev Arif

Carayev Mahir

Carayev Hacı

Ceerov Xizri

Ceerova G.

Siracova Müslümət

Yaralılar:

Siracov Nurulla

Cəlilov Nizami

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərkən qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.

***

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Yenicag.az Qazaxıstan mediasına istinadən sağ qalanların siyahısını təqdim edir:

***

Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə ölənlərin sayı 14 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“25.12.2024-cü il tarixində saat 10:58-də 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb). 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqada göndərilib. Rayon multidissiplinar xəstəxanasında 30 cərrahiyyə və travma çarpayısı, 10 reanimasiya çarpayısı hazırlanıb. Rayon uşaq xəstəxanasında da 20 çarpayılıq və 10 reanimasiya çarpayısı hazırlanıb”,- məlumatda deyilir.

Qeyd olunur ki, hazırda 14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb:

“14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 1 uşağı da gətirirlər, 16 yaşında”.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

***

AZAL-ın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsinin göyərtəsində olan sərnişinlərin siyahısı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Telqram kanalları məlumat yayıb.

 

***

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

***

Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 12 nəfər sağ qalıb.

Yenicag.az xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanının səhiyyə naziri Əkmaral Əlnəzərova deyib:

“Təyyarə qəzası yerindən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Mangistau Regional Xəstəxanasına çatdırılıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Hadisə yerində 14 təcili yardım briqadası var”.

***

Təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər sağ qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

***

AZAL-ın Qroznıya uçan təyyarəsi duman səbəbindən qəbul edilməyib və əvvəlcə Mahaçqalaya, daha sonra isə Aktauya yönləndirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Qroznı aeroportundan məlumat verilib.

Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşu b və dərhal SOS siqnalı verib. Aktau limanına 3 km qalmış isə qəzaya uğrayıb.

Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Ölənlərin olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

***

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan Yenicag.az-a bildirilib ki, İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Qəzaya düşən təyyarənin ilk görüntüləri yayılıb.

Yenicag.az həmin görüntüləri təqdim edir:

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.