Qəzvində azərbaycanlı fəala təzyiq göstərilir – FOTO

Güney Azərbaycanın Qəzvin bölgəsində azərbaycanlı fəal İsmayıl Xudayariyə təzyiq göstərilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatının media orqanına (HRANA) istinadla xəbər verib.

Bildirilir ki, Xurrəmdəştdən olan fəal Qəzvin Baş İnqilab Prokurorluğunun 5-ci istintaq şöbəsinə çağırılıb. O, “gizli sənədləri mediada yaymaq”da günahlandırılır.

Bununla bağlı ona istintaqa cavab verməli olduğu bildirilib.

Qeyd edək ki, fevral ayının sonunda inzibati xətaların araşdırılması üzrə birinci kollegiyanın qərarı ilə azərbaycanlı fəala qarşı “hakimiyyətə qarşı təbliğat aparmaq” ittihamı irəli sürülüb və onun müəllimlik fəaliyyəti qadağan edilib.

 

COP29