Qəzza Qanunvericilik Məclisinin sədri, HƏMAS lideri Əhməd Bahar ÖLDÜRÜLDÜ

Qəzza Qanunvericilik Məclisinin sədri, HƏMAS liderlərindən biri Əhməd Bahar öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb. Bildirilir ki, HƏMAS-ın yüksək rütbəli nümayəndəsi Əhməd Bahar İsrailin hava hücumu nəticəsində həlak olub.

O, HƏMAS Siyasi Bürosunun üzvü, Fələstin Muxtariyyətinin Qanunvericilik Assambleyasının birinci vitse-spikeri,  Qəzza Qanunvericilik Məclisinin sədri, PA parlamentinin spikeri vəzifələrini icra edirdi.

Fələstin mənbələrinin məlumatlarına görə, o, bir neçə gün əvvəl ağır yaralanıb və noyabrın 17-də ölümü təsdiqlənib.

Əhməd Baharın 74 yaşı var idi.

Qəzzada anadan olub. Qəzzada İslam Universitetinin professoru idi.

O, 2012-ci ildə o, HƏMAS televiziyasında “Yəhudiləri və onların əlaltılarını heç kim qalmayana qədər öldürün” çağırışı ilə çıxış etmişdi.

Bahar HƏMAS Siyasi Bürosunun məhv edilən beşinci üzvüdür.

Xuraman Etibarlı