Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi İsrailin aclıq silahından istifadə edərək rekord sayda soyqırımı cinayəti törətdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra verdiyi yazılı açıqlamada “İsrail işğalı Qəzza zolağını bombalayaraq, aclıqdan istifadə edərək və müalicənin qarşısını alaraq törədir” -, deyə bildirib.
İsrailin dünən Qəzzada Küveyt qovşağında humanitar yardım gözləyən minlərlə ac insana qarşı dəhşətli qətliam törətdiyini deyən Qudra İsrailin rekord sayda soyqırımı cinayəti törətmək üçün aclıq silahından istifadə etdiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, İsrail ordusunun dünən Qəzzada Küveyt qovşağında humanitar yardım gözləyən minlərlə ac insana qarşı həyata keçirdiyi hücumda azı 20 nəfər ölüb, 150 nəfər yaralanıb./yenisabah