Qəzza üzrə səsvermə təxirə salındı

BMT-də Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnamə üzrə səsvermə yenidən təxirə salınıb.

 

Yenicag.az CNN-ə istinadla xəbər verir ki, qurumun Təhlükəsizlik Şurasına təqdim olunanqətnaməsində bölgəyə humanitar yardımın artırılması da əksini tapıb.

Qətnamə üzrə səsvermə dördüncü dəfə təxirə salınıb və bu gün yenidən nəzərdən keçiriləcək. Bununla belə, səsvermə tarixi yenidən dəyişə bilər.

Mənbələr daha əvvəl bildirmişdilər ki, əsas maneələrdən biri BMT-nin Qəzza zolağına axan yardıma nəzarət mexanizmi yaratmaq təklifi olaraq qalır.