Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda 70 fələstinli xəsarət alıb.
Yenicag.az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf-əl-Kidr bildirib.
O, qeyd edib ki, toqquşmalarda həmçinin təcili yardımın 2 əməkdaşı da xəsarət alıb.
VAFA agentliyin məlumatına görə, İsrail hərbçiləri etirazçılara qarşı döyüş mərmiləri və gözyaşardıcı qaz tətbiq ediblər./Report/