Qəzza zolağında qida tükənib – BMT

Qəzza zolağında humanitar vəziyyət dözülməz haldadır.

Yenicag.az xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsn bildirib.

O bildirib ki, Qəzza zolağında ərzaq tükənib, su, elektrik və yanacaq yoxdur.

Qriffits əsirlərin dərhal azad edilməsini, humanitar yüklərin keçirilməsinə şərait yaradılmasını, mülki əhalinin və infrastrukturun qorunmasına çağırış edib.