Qəzza zolağından İsrailə dörd raket atıldı

Qəzza zolağından İsrail ərazisinə dörd raket atılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin “Telegram” kanalında məlumat verilib.

“Qəzza zolağından İsrailə doğru dörd raket atılıb. Raketlərdən biri İsrail Müdafiə Ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, digər üçü isə açıq əraziyə düşüb”, – deyə məlumatda bildirilir./Trend/

COP29