Qəzzada öldürülənlərin sayı 30 mini keçdi

İsraillə HƏMAS arasında silahlı münaqişə başlayandan bəri Qəzza zolağı və İordan çayının qərb sahilində 30 mindən çox fələstinli İsrailin hərbi əməliyyatlarının qurbanı olub.

Yenicag.az xəbər verir ki, bunu HƏMAS-ın lider üzvü Usamə Həmdan bildirib.

O, Qəzza zolağında ən azı 10 mini uşaq və 7 mini qadın olmaqla 29 722 nəfərin həlak olduğunu vurğulayıb. Həmdan əlavə edib ki, 58 mindən çox insan yaralanıb, ən azı 7 min nəfər itkin düşüb.

O qeyd edib ki, İordan çayının qərb sahilindəki Fələstin ərazilərində İsrail hərbçiləri ilə toqquşmaların qurbanlarının sayı 321-ə çatıb, ölənlərdən 111-i uşaqdır.

COP29