Qəzzada ölənlərin sayı 10 min nəfəri keçdi

Qəzza Səhiyyə Nazirliyi müharibə zamanı həlak olanlarla bağlı yeni məlumatlar açıqlayıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, HƏMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri İsrailə qarşı müharibədə 4237-si uşaq olmaqla, 10328 nəfər həlak olub.

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi Fələstin anklavında ölən və yaralananların sayı ilə bağlı yeganə məlumat mənbəyidir.

Digər təşkilatlar kimi BBC-nin də bu rəqəmləri müstəqil şəkildə yoxlamaq imkanı yoxdur.

Qeyd edək ki, 7 oktyabrdan başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.