Qəzzada ölənlərin sayı 15 minə çatır

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 14532 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.

Məlumata əsasən, ölənlər arasında altı minə yaxın uşaq və dörd minə yaxın qadın var.

Bildirilib ki, Qəzza zolağında ən azı 7 min nəfər, o cümlədən 4,7 mini uşaq və qadın itkin düşüb.