Qəzzada ölənlərin sayı 18 minə çatdı

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi nəticəsində Qəzza zolağında ölənlərin sayı təxminən 18 minə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı təxminən 18 minə çatıb”, – deyə məlumatda bildirilib.