Qəzzada İsrail əsgərləri və yerli əhali arasında silahlı insident baş verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bu gün ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürülür. Bu hadisə fələstinlilər tərəfindən ciddi etirazla qarşılanıb. Sərhəd bölgələrində xüsusilə də Qəzza zolağında gərginlik pik həddə çatıb. Əsgərlərin dinc əhaliyə atəş açması nəticəsində 10 nəfər ölüb, 93 nəfər isə yaralanıb.