Qəzzaya dəniz yolu açılır

Avropa Komissiyası yunan Kiprindən (Kipr Respublikası) Fələstinə dəniz yolu ilə humanitar dəhlizinin açılacağını elan edib.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kipr Respublikasına səfəri zamanı mətbuat konfransında deyib.

“ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Qəzzaya yardım çatdırmaq üçün Kiprdən dəniz yolu ilə dəhlizi işə salırıq. Avropa təkcə bu il humanitar yardım üçün 250 milyon avro ayırıb. Lakin bununla bağlı əsas problem yardımın Qəzzaya çatdırılmasıdır”.

Lyayenin sözlərinə görə, humanitar dəhliz martın 10-dan fəaliyyətə başlayacaq.

COP29